
“Real”ın hücumçusu Qonsalo Qarsiya klubunu dəyişə bilər.
Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Klublararası dünya çempionatındakı çıxışı ilə “Real” rəhbərliyini valeh edib və buna görə də klub onu 35 milyon avro dəyərində qiymətləndirib.
Bu, Qarsiyanın əsas komanda ilə cəmi 8 oyunda meydana çıxmasına baxmayaraq baş verib.
“Kral klubu” əvvəllər gənc forvardı icarəyə verməyi düşünürdüsə, indi onun transferindən gəlir əldə etməyə açıqdır.
Ancaq “Real”ın hücum xəttində Kilian Mbappenin ehtiyatı kimi alternativ olaraq Qarsiyanı saxlamaq niyyəti də var.
İspaniyalı forvardın özü isə “Real”ın əsas heyətində yer uğrunda mübarizə aparmaq niyyətindədir. O, Klublararası dünya çempionatında 2 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.