Çiynindən əməliyyat olunacaq - Dünya çempionatından sonra

24 İyun 00:20 İspaniya 256
Çiynindən əməliyyat olunacaq - Dünya çempionatından sonra

“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem Klublararası dünya çempionatı başa çatdıqdan sonra çiynindən əməliyyat olunacağını açıqlayıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu 2023-cü ildən bu yana ağrılarla oynadığını bildirib:

“Hazırda hər şey nəzarət altındadır, ağrı əvvəlki qədər güclü deyil. Turnir bitdikdən – finaldan bir neçə gün sonra əməliyyat planlaşdırılıb.

Mən buna görə sevinirəm. Bu, çoxdan verilməli qərar idi. Daha artıq qoruyucu geyim geyinmək mümkün deyildi. Hazırda əməliyyata tam hazıram”.

Bellingem 2023-cü ildən “Real”ın formasını geyinir. O, bundan əvvəl Dortmund “Borussiya”sında və “Birmingem”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti