"Bundan sonra nə edəcəyinə məşqçilər heyəti qərar verəcək"

15:20 İspaniya 110
"Bundan sonra nə edəcəyinə məşqçilər heyəti qərar verəcək"

“Barselona”nın idman direktoru Deku “Espanyol”dan qapıçı Xuan Qarsiyanın transferindən sonra Mark-Andre ter Ştegenin gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Futbolçu getmək istəyirsə, onu saxlamaq çətindir. Amma indi bu məsələ gündəmdə deyil.

Ter Ştegenə hörmət edirəm, amma Qarsiya ilə müqavilə imzalamaqla biz gələcəklə bağlı qərar verdik. Bundan sonra nə edəcəyinə məşqçilər heyəti qərar verəcək”.

Ter Ştegen 2014-cü ilin yayından Kataloniya klubunda çıxış edir. 33 yaşlı almaniyalı futbolçunun “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti