“Mən tənqidlərə əhəmiyyət vermirəm, medianın dedikləri həqiqətəuyğun deyil”

17 Yanvar 00:00 İspaniya 437
“Mən tənqidlərə əhəmiyyət vermirəm, medianın dedikləri həqiqətəuyğun deyil”

“Real”ın baş məşqçisi Karlo Ançelotti tənqidlər barədə düşünmür.

“Kral klubu” ötən bazar günü İspaniya superkubokunun finalında “Barselona”ya ağır məğlubiyyətlə üzləşib (2:5).

Bundan sonra mətbuatda Madrid komandasının çalışdırıcısına təzyiqlər artıb.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

“Mən tənqidlərə əhəmiyyət vermirəm. Komanda yaxşı işləyir və medianın dedikləri həqiqətə uyğun deyil.

Futbolçularla bağlı nə problem var? Bu, mətbuat konfransıdır, debat deyil. Mən bu məsələni komanda və məşqçilər heyəti ilə müzakirə etmişəm”.

“Real” bu gün İspaniya kral kuboku matçında “Selta”nı qəbul edəcək. Matçın start fiti saat 00:30-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM