“Bu, “Barselona”nın gücünü təsdiqləyir və proqnozları təkzib edir” - Prezident

14 Yanvar 22:00 İspaniya 440
“Bu, “Barselona”nın gücünü təsdiqləyir və proqnozları təkzib edir” - Prezident

“Barselona”nın prezidenti Xuan Laporta Dani Olmo və Pau Viktoru necə qeydiyyata aldırdığını açıqlayıb.

Sportinfoaz xəbər verir ki, Kataloniya klubunun rəhbəri mətbuat konfransında belə deyib:

“Biz oyunçularla müqavilə imzalamağa, Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirməyə imkan verən 1:1 qaydasına qayıtdıq.

Bu, “Barselona”nın gücünü təsdiqləyir və apokaliptik proqnozları təkzib edir”.

Yanvarın 8-də məlum olub ki, İspaniyanın Ali İdman Şurası digər klubların etirazına baxmayaraq, ispaniyalı futbolçuların La Liqa, İspaniya kuboku və İspaniya superkubokunun oyunlarında iştirakına müvəqqəti icazə verib.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda