Gürcü qapıçını satmaq istəməidilər – Premyer Liqa təmsilçisinə

30 İyun 2024 20:50 İspaniya 1 928
Gürcü qapıçını satmaq istəməidilər – Premyer Liqa təmsilçisinə

Georgi Mamardaşvili Avropa çempionatında Gürcüstan millisinin heyətində yaxşı oyun nümayiş etdirir.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, nəticədə, Avropa klubları “Valensiya”nın qapıçısına maraq göstərir.

Belə ki, “Liverpul” Alisson Bekkerin Səudiyyə Ərəbistanına gedə biləcəyini nəzərə alaraq, Mamardaşviliyə “elçi düşə” bilər.

Amma “Liverpul” “Nyukasl”la rəqabət aparmalı olacaq. “Sağsağanlar” 23 yaşlı Mamardaşvili üçün artıq 25 milyon avro təklif etsə də, “Valensiya” rədd cavabı verib.

“Yarasalar” gürcü qapıçı üçüb daha cəlbedici təklif gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?