Xavi ilə vidalaşacaq - “Barselona” rəsmən açıqladı

24 May 2024 19:00 İspaniya 496
Xavi ilə vidalaşacaq - “Barselona” rəsmən açıqladı

“Barselona”nın baş məşqçisi Xavi mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisə bu barədə klub prezidenti Xuan Laporta ilə görüşdə məlumat verilib.

Komanda Xavinin rəhbərliyi altında son oyununu mayın 26-da, İspaniya La Liqasının 38-ci turunda “Sevilya”ya qarşı keçirəcək.

Yanvarın sonunda Xavi mövsüm bitincə komandadan ayrılacağını açıqlamışdı. Lakin aprel ayında tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərini bəyan etmişdilər.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Kataloniyalılar 2022/23 mövsümündə İspaniya çempionu olub və ölkə superkubokunu qazanıb.

Daha əvvəl “Barselona”nın yeni baş məşqçisinin əvvəllər “Bayern”də və Almaniya millisində çalışmış Hans-Diter Flikin olacağı barədə məlumatlar yayılıb.

La Liqanın son turu öncəsi “Barselona” 82 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda