“Mən incimişəm və əsəbiləşmişəm”

20 May 2024 15:40 İspaniya 897
“Mən incimişəm və əsəbiləşmişəm”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 37-ci turunun ev oyununda “Osasuna”ya 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu oyuna görə heyfslənib:

“Mən incimişəm və əsəbiləşmişəm. Komanda azarkeşlərimizin stadionda yaydığı enerjidən yararlana bilmədi.

“Atletiko” mövsümü dördüncü yerdə başa vurur. Uzun müddətdən sonra ilk dəfə dördüncü olduq. Biz öz üzərimizdə işləməyə davam etməliyik”.

Madrid klubu La Liqanın son turunda səfərdə “Real Sosyedad”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız