“Barselona” hücumçusu Ansu Fatini “Arsenal”a təklif edib.
Sportinfo.az xəbər verir ki, futbolçunun yaxınları onun İngiltərə Premyer Liqasında çıxış etməsinə müsbət yanaşırlar.
20 yaşlı futbolçu 2020-ci ilin yayından Kataloniya təmsilçisində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Cari mövsümdə o, “Barsa”nın heyətində 49 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.