
İspaniya La Liqasında XXV tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son matçında “Atletiko” “Jirona”ya qonaq olub.
Oyunun taleyini bir qol həll edib.
Matçın əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə Alvaro Morata madridlilərə 3 xal qazandıracaq qola imza atıb.
Bu nəticə ilə xallarının sayını 48ə-ə çatdıran “Atletiko” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 30 xalı olan “Jirona” isə 12-ci pillədədir.