“Real” Barselona klubuna 3 qol vurdu, qalib gəldi - VİDEO

12 Mart 2023 00:00 İspaniya 287
“Real” Barselona klubuna 3 qol vurdu, qalib gəldi - VİDEO

İspaniya La Liqasının XXV turu Madrid – Barselona qarşıdurması ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, paytaxtın “Real” klubu öz meydanında Barselona təmsilçisi “Espanyol”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı qonaqlar açıb. Xoselu 8-ci dəqiqədə fərqlənib.

Bundan sonra Vinisius Junior (22-ci dəqiqə) və Eder Militao (39) ilk, Marko Asensio isə (90+3) ikinci hissədə hərəyə bir qol vuraraq “kral klubu”nun qələbəsini rəsmiləşdiriblər – 3:1.

Bu nəticə ilə xallarının sayını 56-a çatdıran “Real” turnir cədvəlinin ikinci pilləsindəki yerini qoruyub. “Espanyol” isə 27 xalla 14-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti