
"Baselona"nın baş məşqçisi Xavi La Liqada "Jirona"ya qarşı oyun öncəsi fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis deyib:
"Ötən mövsümlə müqayisədə “Barselona” çox yaxşı vəziyyətdədir. La Liqada liderik, İspaniya kubokunun yarımfinalına yüksəldik və Superkuboku qazandıq. "Jirona"nı məğlub etməliyik.
Bu, "Barselona"dır. Sabah qalib gəlməsək, fəlakət olacaq. Odur ki, sabaha qədər mövqeyimizdən həzz alaq.
"Barselona" sabah La Liqanın 19-cu turu çərçivəsində "Jirona" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.