Xavi hər dörd oyunçuya yeni klub axtarmağı tövsiyə etdi

2 İyul 2022 10:00 İspaniya 561
Xavi hər dörd oyunçuya yeni klub axtarmağı tövsiyə etdi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes klubun 4 futbolçusuna yeni mövsümdə onlara ümid bəsləmədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Söhbət mərkəz müdafiəçiləri Oskar Minqes və Samuel Umititi, yarımmüdafiəçi Rik Puçe və hücumçu Martin Braytvaytdan gedir. Xavi hər dörd oyunçuya yeni klub axtarmağı tövsiyə edib.

“Barselona” ötən mövsmü La Liqanı 2-ci pillədə tamamlayıb.

Həmçinin komanda Çempionlar Liqasının qrup mərhələsinin səddini aşa bilməyib. Avropa Liqasında kataloniyalılar 1/4 final mərhələsində Frankfurt "Ayntraxt"ına uduzub.

Xavi 2021-ci ilin noyabrından "Barselona"nı çalışdırır. Onun müqaviləsi 2024-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı