İspaniya millisinin hücumçusu “Barselona” yolunda

18 Yanvar 2022 00:00 İspaniya 898
İspaniya millisinin hücumçusu “Barselona” yolunda

“Vulverhempton”un futbolçusu Adama Traore karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, ispan hücumçu “Barselona”ya keçməyə yaxındır.

Bu barədə İtaliyanın TMW radiosu məlumat yayıb. Traorenin meneceri Jorje Mendeş “Barselona” ilə danışıqlar aparır.

Kataloniya təmsilçisi 25 yaşlı futbolçu üçün “Vulverhempton”a 20 milyon avro ödəməyə hazırdır. Keçidin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

“Barselona”nın yetirməsi olan Traore 2018-ci ildən “Vulverhempton”da çıxış edir. Vinger İspaniya yığmasına da dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi