FİFA ona görə paytaxt klubuna hər gün 25 min avro verəcək

23 Noyabr 2021 15:20 İspaniya 641
FİFA ona görə paytaxt klubuna hər gün 25 min avro verəcək

“Real” FİFA-dan kompensasiya ala bilər.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun xəzinəsinə Qaret Beylin zədələnməsinə görə FİFA-dan ödəniş daxil ola bilər.

Yarımmüdafiəçi DÇ-2022-in seçmə mərhələsində Uels yığması ilə Belarus arasında keçirilən oyunda zədələnib.

2019-cu ildə FİFA ilə klublar arasında əldə olunan razılaşmaya görə, futbolçu yığmanın heyətində zədələnərsə, ali futbol qurumu kompensasiya ödəyəcək.

Razılaşmaya əsasən, əgər Beyl 28 gündən artıq heyətdə olmasa, onda hər gün üçün “Real”a 25,5 min avro ödəniləcək. Maksimum ödəniş isə 7,5 milyon avro ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti