38 yaşlı müdafiəçi ilə müqavilə imzaladı - "Barselona"

18 Noyabr 2021 12:00 İspaniya 445
38 yaşlı müdafiəçi ilə müqavilə imzaladı -

"Barselona" sabiq futbolçusu Daniel Alveşin keçidini həll edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi ilə sonradan 1 il uzadılmaq şərtilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

"Kamp Nou" stadionunda gerçəkləşən tədbirdə 10 minə yaxın azarkeş iştirak edib.

38 yaşlı sol cinah oyunçusu Kataloniya təmsilçisinin heyətində 2022-ci ildə meydana çıxa biləcək.

Daniel Alveş daha əvvəl 2008 - 2016-cı illərdə "Barselona"nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"