"Barselona"lı hücumçunun müştəriləri - "Liverpul" və "Mançester Yunayted"

12 Oktyabr 2021 12:20 İspaniya 449
"Barselona"lı hücumçunun müştəriləri -

İngiltərə nəhəngləri "Barselona"nın hücumçusu Usman Dembeleni heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" fransalı oyunçu ilə yaxından maraqlanır.

Premyer Liqa klubları Kataloniya təmsilçisini ilə müqaviləsi gələn ilin yayında başa çatacaq 24 yaşlı ön xətt oyunçusu üçün mübarizə aparacaq.

Dembelə "Barselona" ilə yeni sözləşmə imzalamaq niyyətində deyil. Bu səbəbdən də "Mançester Yunayted" və "Liverpul" azad agent statusunda olacaq futbolçunu heyətinə qatmaqda maraqlıdır.

Usman Dembele "Barselona"ya 2017-ci ildə Dortmund "Borussiya"sında 135 milyon avroya transfer olunub.

O, La Liqa klubunun heyətində meydana çıxdığı 118 oyunda 30 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti