
İspaniya millisinin və “Valensiya”nın sabiq qapıçısı Santyaqo Kanisares “Atletik”dən “Barselona”ya mümkün transferi gündəmdə olan Niko Uilyamsın durumuna münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferin qeyri-etik və ya “qəsb” olmadığını deyib:
“Qəzəblənənləri anlayıram, amma bu vəziyyətə anlayışla yanaşmaq lazımdır. Niko daha yüksək səviyyədə oynamaq istəyir.
“Barselona” “Atletik”dən daha rəqabətlidir. Reallıq budur. Müqaviləyə sərbəst qalma maddəsi daxil etmisizsə, deməli, futbolçunu satmağa hazırsız.
Kimsə bu şərti yerinə yetirib oyunçunu alırsa, şikayət etməyə dəyməz. Bu, qarət deyil, bazardır.
Böyük klublar kiçikləri udur. Futbol həmişə belə olub.
Əsl problem o vaxt yaranır ki, siz çox pul xərcləyirsiz, amma oyunçu meydanda yoxa çıxır, üstəlik, onu göndərmək üçün əlavə ödəniş edirsiz.
Amma öz akademiyanızdan çıxan futbolçu həm sizi sevindirir, həm də gedərkən klubun kassasına pul qoyursa, bu, pis deyil”.
İddialara görə, Kataloniya klubu iyulun əvvəlində 22 yaşlı futbolçunun müqaviləsində göstərilən 62 milyon avro məbləğində sərbəst qalma şərtini ödəyəcək.