“O, “Barselona”ya keçməyim üçün çox israr etdi”

20 İyul 2021 21:40 İspaniya 362
“O, “Barselona”ya keçməyim üçün çox israr etdi”

“Barselona”nın yeni transferi Memfis Depay klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, niderlandlı hücumçu Kataloniya təmsilçisinə keçidi haqda danışıb.

“Barselona” Depayla 2 illik müqavilə imzalayıb: “Bu, xüsusi bir gündür. Burda olmaqdan məmnunam və hər kəslə tanış olmaq üçün səbirsizlənirəm.

Tətildən yeni qayıtmışam və indi diqqətimi işimə verməliyəm. Komandaya mümkün qədər tez uyğunlaşmağa çalışacam.

Baş məşqçi Ronald Kumanla işləmişəm, onun rəhbərliyi altında yığmada çıxış etmişəm. Zədələndiyim vaxtlarda mənə çox kömək olub.

Daha güclü qayıtmağım üçün məni dəstəkləyib. O, “Barselona”ya keçməyim üçün çox israr etdi. İndi burda olduğum üçün çox xoşbəxtəm. Döyüşə hazıram”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 02:00 Azərbaycan Türkiyə ilə...