AFFA rəhbərliyi millinin yeni baş məşqçisi Ayxan Abbasovun səlahiyyət dairəsini genişləndirmək niyyətindədir.
Federasiya bu ayın əvvəlində görəv başına keçirdiyi mütəxəssisin bütün aşağı yaş qrupları üzrə komandalara nəzarət etməsini istəyir.
Burada məqsəd bütün yığmaların vahid bir sistem halında çalışmasını təmin etmək, eyni oyun modelina keçməsinə nail olmaqdır.
Başqa sözlə, A.Abbasov «U-lar»ın məşqçi təyinatında da söz sahibi olacaq. Əlbəttə, o, razılıq versə.
Bu, hələlik plandır və millinin çalışdırıcı qeyd olunan fikrin həyata vəsiqə qazanmasına qol qoysa, fərqli bir dönəm başlayacaq.
Yəni ki, aşağı yaş qrupları üzrə komandaların baş məşqçilərini özü seçəcək. Kimi istəyəcək, saxlayacaq, kimi istəməsə, AFFA müqaviləsini uzatmayacaq.
Plana əsasən, yığmaların sükançıları ilə tez-tez toplantılar keçiriləcək, onlardan aylıq hesabat alınacaq.
Abbasovun köməkiləri bu komandaların oyunlarını canlı izləyəcək, ona ayrıca raport təqdim edəcək.
SPORTİNFO.AZ

