"Qrupun qalibi olacağıq, oyunçularımı motivasiya etmişəm"

23 İyun 2021 15:10 İspaniya 515
"Qrupun qalibi olacağıq, oyunçularımı motivasiya etmişəm"

“Biz məşqçilər nəticələrlə yaşadığımızı yaxşı bilirik və qarşımıza qoyulan hədəflər yerinə yetirilmədikdə nə baş verdiyini başa düşürük”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin qrup mərhələsinin son turunda Slovakiya ilə keçiriləcək oyun haqda danışarkən deyib.

O, UEFA-nın saytına açıqlamasında komandasına ancaq qələbə lazım olduğunu xatırladıb:

“Ümid edirəm ki, Slovakiya ilə oyundan sonra yalnız qrupdan çıxmayacağıq, həm də qrupun qalibi olacağıq. Oyunçularımı motivasiya etmişəm.

Hiss edirəm ki, turnirdəki ilk qələbəni qazandıqda ən yaxşı səviyyəmizə çatacağıq. Hər şey son nöqtəni qoymaqdan asılıdır. Həm ilk, həm də ikinci matçda qalib gəlmək üçün kifayət qədər qol vəziyyətləri yaratmışıq”.

Bu gün Sevilyada keçiriləcək Slovakiya – İspaniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspaniya millisi hazırda 2 xalla qrupda 3-cü, Slovakiya isə 3 xalla 2-cidir.

Digər Xəbərlər
Xəbər Lenti