Messi İspaniyada bunu bacaran yeganə oyunçudur

23 Aprel 2021 15:40 İspaniya 486
Messi İspaniyada bunu bacaran yeganə oyunçudur

“Barselona”nın kapitanı Lionel Messi yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 32-ci turunda “Xetafe” ilə matçda (5:2) dubl etməklə nail olub.

O, 2020/21 mövsümündə vurduğu qolların sayını 25-ə çatdırıb. Beləliklə, argentinalı oyunçu yerli çempionatda ardıcıl 12 mövsümdə ən az 25 qol vuran yeganə oyunçudur.

“Real”ın sabiq oyunçusu, hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldo isə son 12 mövsümün 11-də 25+ qol vurmağı bacarıb.

Messi bu mövsüm bütün turnirlərdə 41 matçda 33 qol vurub və 14 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”