“Danışıqlarımız çox vaxt almadı, üç-dörd gün ərzində söhbəti yekunlaşdırdıq”

27 İyun 23:00 Zirə 177
“Danışıqlarımız çox vaxt almadı, üç-dörd gün ərzində söhbəti yekunlaşdırdıq”

“Danışıqlarımız və müzakirələrimiz çox vaxt almadı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yeni qapıçısı Maykon Kleyton deyib.

Buugünlərdə “qartallar”la 2 illik müqavilə imzalayan portuqaliyalı kiper bildirib ki, “Zirə”ni seçməsində komandanın Konfrans Liqasında mübarizə aparması da rol oynayıb:

“Üç-dörd gün ərzində söhbəti yekunlaşdırdıq. Etiraf edim ki, komandanın avrokuboklarda çıxış etməsi hər bir futbolçunun qərarına böyük təsiri olur.

Çünki avrokuboklarda çıxış etmək hər bir oyunçu üçün müsbət haldır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!