"Turan Tovuz" ayrılan Ayxan Hüseynovun yeni klubu bəlli olub.
Azərbaycan millisinin yarımmüdafiəçisi "Zirə"yə keçib.
26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
A.Hüseynov daha öncə Rusiyada “Leninqradetç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu” və “Ximki”nin formasını geyinib.
Son dörd mövsümü "Turan Tovuz"da keçirmiş Ayxan buradan pula görə ayrılıb. İlk iki sezonda 4000 manat maaşa burada çıxış etmiş yarımmüdafiəçi daha sonra 7000 manat əməkhaqqı alıb.
Başa çatan "futbol ili"ndə isə onun məvacibi 8000 manat olub. Fəqət, o, kontraktını uzatmaq üçün bu dəfə nə az, nə çox, düz, 25 min manat əməkhaqqı tələb eləyib.
Tovuzlular 12 min manatdan artıq öələmə etmək istəmədiyindən, o, digər variantları nəzərdən keçirib.
Almaniyadan II Bundesliqa təmsilçisi "Darmştadt" və Türkiyədən I Liqanın iştirakçısı "Vanspor"un maraq dairəsində olan Hüseynov sonda "Zirə"nin çağırışına üstünlük verib.
Sırf Rəşad Sadıqova görə. "Qartallar"ın baş məşqçisi onunla görüşərək, bura gəlməyə razı salıb.
Yarımmüdafiəçi əmin olub ki, onu "Zirə"də ehtiyat skamya gözləmir, əsas heyətdə meydana ayaq basacaq.
Üstəlik, qəsəbə klubunun təklif etdiyi maaş arzuladığı rəqəmə çox yaxındır.
SPORTİNFO.AZ

