Baş məşqçi postuna getdi, yeni rəhbərin kimliyi bilindi

26 İyun 14:40 Zirə 3 328
Baş məşqçi postuna getdi, yeni rəhbərin kimliyi bilindi

«Zirə» futbol akademiyasına yeni rəhbər təyin olunub.

Niyazi Rzayev baş koordinator vəzifəsinə gətirilib.

O, uzun illərdir qəsəbə klubunda çalışır. «Qartallar»ın U-14 və U-19 komandalarına başçılıq edib.

Niyazi Rzayeva qədər akademiya Zaur Həşimovun nəzarətində olub. Sözügedən şəxs 6 il «Zirə»nin uşaq futboluna məsuliyyət daşıyıb.
İyunun əvvəlində isə iş yerini dəyişib,

«Şəfa»nın sükanı arxasına keçib. «Pro» kateqoriyalı mütəxəssis I Liqanın çempionu kimi Premyer Liqaya vəsiqə qazanan paytaxt təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti