"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası “Iğdır” ilə qarşılaşacaq.
Matç iyunun 30-da Bakı vaxtı ilə 18:00-da start götürəcək.
"Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub.
Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu “Navbahor”la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub.
"Zirə" bu mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək.

