“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “Iğdır”la üz-üzə gələcək.
Görüş 18:00-da başlayacaq.
“Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3 hesabı ilə uduzub.
Konfrans Liqasında mübarizə aparacaq təmsilçimiz “Iğdır”la matçdan öncə üzülüb. Belə ki, Maykon Kleyton isinmə hərəkətləri edərkən, zədələnib.
“Portimonense”dən (Portuqaliya) düşərgəyə cəlb olunan yeni qapıçı sağ əlinin biləyindən xəsarət alıb.
İki illik müqavilə əsasında ölkəmizdə çıxış etməyə razılaşmış kiper hazırda həkim müayinəsindən keçirilir.
Böyük ehtimalla, portuqaliyalı əməliyyat masasına qalxmalı olacaq. Bu halda isə onun minimum 4-6 həftə yaşıl sahələrdən uzaq qalması qaçılmazdır.
Əlqərəz, Kleytonu qarşıdakı avokubok oyunlarında «çərçivə» önündə görməyəcəyik.
“Zirə”nin Gürcüstan “Torpedo“suna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.
SPORTİNFO.AZ

