"Zirə"nin təklifi gözlənilməz oldu, qəbul etmək qərarına gəldim"

02:20 Zirə 89
"Zirə"nin təklifi gözlənilməz oldu, qəbul etmək qərarına gəldim"

"Zirə"nin yeni transferi Ayxan Hüseynov paytaxt təmsilçisində ən yaxşı keyfiyyətlərini nümayiş etdirə biləcəyini düşünür.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi bunu "report"a açıqlamasında bildirib.

O, paytaxt təmsilçisinə qoşulma qərarından bəhs edib:

"Zirə"dən gələn təklif gözlənilməz oldu. Danışıqlardan sonra mənə inandıqlarını, futbolçu kimi dəyər verdiklərini və komandada görmək istədiklərini anladım.

Ən yaxşı keyfiyyətlərimi bu komandada nümayiş etdirə biləcəyimi düşünürəm. Bu səbəbdən "Zirə"nin təklifini qəbul etmək qərarına gəldim".

Ötən mövsümü "Turan Tovuz"da keçirən A.Hüseynov "Zirə" ilə 2 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!