"Zirə" 3 qol vurduğu Türkiyə klubuna məğlub oldu

30 İyun 20:20 Zirə 669
"Zirə" 3 qol vurduğu Türkiyə klubuna məğlub oldu

“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “Iğdır”la üz-üzə gəlib.

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində Yeqor Boqomolski dubla imza atıb. Komandanın digər qolunu isə Elçin Əlicanov vurub.

“Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti