BATE-yə əsas, “Zirə”yə köməkçi? – Səbəbi var imiş

20:40 Zirə 235
BATE-yə əsas, “Zirə”yə köməkçi? – Səbəbi var imiş

“Zirə” avrokuboklardakı rəqiblərini Bakıda yox, Sumqayıtda qəbul edəcək.

Buna səbəb paytaxtda uyğun stadionun tapılmamasıdır. “Qartallar” əvvəlki illərdə ev oyunlarını Zirəyə yaxın Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirirdisə, hazırda orada aparılan təmir işlərinə görə stadionun qapıları qıfıllanıb.

Bəli, “Zirə” Sumqayıtda oynayacaq. Lakin şəhərin əsas arenası sayılan Mehdi Hüseynzadə adına stadionda yox, “kibrit qutusu”nu xatırladan “SOCAR Polymer Arena”da.

Səbəb nədir?

Səbəb “Mehdi Hüseynzadə”nin xidmətindən Azərbaycanın yox, Belarusun avrokubok təmsilçisinin istifadə etməsidir.

UEFA-nın Ukraynadakı müharibə vəziyyətinə görə Belarusda matçların keçirilməsini qadağan etməsi səbəbindən Borisov təmsilçisi Sumqayıtın bir nömrəli arenasına sığınıb.

Əvvəla, Belarus nəhəngi stadionun icarə xidmətindən istifadə etməyə görə bizimkilərə təxminən 10 min avro ödəyəcək. Yəni ortada sərfəli maliyyə şərti var.

Digər tərəfdən, stadion rəhbərliyi BATE-yə razılıq verəndə, CAS “Turan Tovuz”la bağlı qərarını açıqlamamışdı. Yəni Konfrans Liqasında tovuzluların, yoxsa zirəlilərin çıxış edəcəyi bilinmir.

Məhz bu iki səbəbdən BATE rəqiblərini Sumqayıtın bir nömrəli arenasında, “Zirə” isə 1300 azarkeş tutumuna malik, Avropada təlim-məşq meydanlarını xatırladan “SOCAR Polymer Arena”da keçirəcək.

Maraq üçün bildirək ki, Sumqayıtdakı qarşılaşmalar fərqi tarixlərdə baş tutacaq.

“Zirə” – “Torpedo Kutaisi” görüşü iyulun 9-da, BATE –“Elbasani“ dueli iyulun 16-da reallaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti