Portuqaliyada 6 komandada tər axıtmış braziliyalı "Zirə" yolunda

08:40 Zirə 180
Portuqaliyada 6 komandada tər axıtmış braziliyalı "Zirə" yolunda

"Zirə" heyətini braziliyalı ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, qəsəbə təmsilçisi Gilyerme Neyva ilə maraqlanır.

25 yaşlı vinger Portuqaliyanın “AVS Sad” klubunun üzvüdür. Klubla müqaviləsi 2027-ci il iyunun 30-a qədər olan Neyvanın “Zirə”yə keçəcəyi gözlənilir.

O, başa çatan mövsümdə 24 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Gilyerme “Akademika Koimbra”, “Taypas”, “Vianense”, “Sandinenses”, “Oliv. Hospital” (hamısı Portuqaliya) klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!