Rəşad Sadıqovun komandası "Fatih"ə qalib gəldi

01:50 Zirə 97
Rəşad Sadıqovun komandası "Fatih"ə qalib gəldi

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Fatih Karagümrük"lə üz-üzə gəlib.

Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmilçisinin heyətində George Papunaşvili fərqlənib.

“Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti