“Neftçi” məğlub oldu, "Səbail"dən inamlı qələbə - YENİLƏNİB

16 Sentyabr 2023 19:54 Premyerliqa 1 726
“Neftçi” məğlub oldu, "Səbail"dən inamlı qələbə - YENİLƏNİB

Bu günə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq "Kəpəz" "Səbail"i qəbul edəcək.

Gəncə təmsilçisi 4 xalla 9-cu, "dənizçilər" 7 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 8 dəfə üz-üzə gəliblər.

Bunların 3-də bölgə klubu, 4-də "Səbail" qələbə qazanıb, bir matçda isə qalib müəyyənləşməyib. Topların nisbətində də qonaqların minimal üstünlüyü var - 11:10.

Günün digər qarşılaşmasında "Neftçi" "Araz-Naxçıvan"la münasibətləri aydınlaşdıracaq. "Ağ-qaralar" 8 xalla 3-cü, Naxçıvan təmsilçisi 7 xalla 7-ci sıradadır.

Tərəflər bu vaxta qədər çempionatda 4 dəfə görüşüblər. Bunların 3-də "Neftçi" qələbə qazanıbsa, 1 oyun heç-heçə yekunlaşıb. Meydan sahibləri bakılılara qol vura bilməyib, öz qapısında isə 16 top görüb.

Turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də olacaq.

VI tur

16:00. “Kəpəz” – “Səbail”0:3

Qol: Yusif Nəbiyev 2. Valdemar Almeyda, 16., Aleksandr Ramalinqom, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu

"Kəpəz": 1. Vladislav Vasilyuçek, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 21. Martins Junior
Baş məşqçi: Azər Məmmədov

"Səbail": 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev

18:00. “Araz-Naxçıvan” – “Neftçi” 1:0

Qol: Orxan Əliyev, 81-pen.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui

Baş məşqçi: Azər Bağırov

"Neftçi": 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski

Baş məşqçi: Adrian Mutu

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"