Kaxaber Tsxadadzedən 40 yaşlı kapitanla bağlı SON QƏRAR

6 İyul 16:20 Qəbələ 1 727
Kaxaber Tsxadadzedən 40 yaşlı kapitanla bağlı SON QƏRAR

"Qəbələ"nin kapitanı Asif Məmmədov karyersı ilə bağlı qərarını verib.

40 yaşlı futbolçu yeni mövsümdə də aktiv futbolçu kimi işinə davam edəcək.

Millimizin sabiq yarımmüdafiəçisi ilə başa çatan müqavilə daha 1 il uzadılıb.

O bu barədə baş məşqçi Kaxaber Tsxadadze ilə ortaq qərar verib.

Məmmədov oynayan məşqçi kimi gürcüstanlı mütəxəssisə kömək edəcək.

"MKT Araz"ın yetirməsi 2015-ci ildən "Qəbələ"nin formasını geyinir.

Bu müddətdə meydana çıxdığı 234 görüşdə 11 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!