“Böyükhesablı məğlubiyyətın buna heç bir təsiri olmayacaq”

6 İyul 20:00 Sabah 686
“Böyükhesablı məğlubiyyətın buna heç bir təsiri olmayacaq”

"Sabah"ın futbolçusu Velko Simiş Çempionlar Liqası I təsnifat mərhələsinin TNS ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, serbiyalı vinger oyuna hazır olduqlarını bildirib:

"Çox yaxşı təlim-məşq toplanışı keçdik. Daha çox öz oyun üslubumuza köklənmişdik.

Yoxlama oyunlarındakı iki heç-heçə və bir böyükhesablı məğlubiyyətın sabahkı matça heç bir təsiri olmayacaq.

Daha çox öz oyunumuzu düşünürük. İnanıram ki, sabahkı oyuna tam hazırıq".

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!