Mayda kontraktını uzadan xarici yeni baş məşqçinin “QARA SİYAHI”sında

17:40 Kəpəz 203
Mayda kontraktını uzadan xarici yeni baş məşqçinin “QARA SİYAHI”sında

"Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədov gözlənilməz qərar verib.

Yola saldığımız həftədə komandanın sükanı arxasına əyləşən çalışdırıcı Dioqo Verdaskanın xidmətindən imtina edib.

O, mayın 25-də klubla 2 illik müqavilə bağlayan portuqaliyalı müdafiəçinin gedişini istəyib.

Son çempionatda 28 oyun keçirərək 1 qol vuran Verdaska 2024-2025-ci il mövsümündə "Kəpəz"in formasını geyinir.

Azər Məmmədovun ondan üz çevirməsi adıçəkilən legionerin səviyyəsi və ya başqa bir nəyləsə bağlı deyil.

Yeganə problem maliyyə şərtləriylə əlaqədardır. Belə ki, Verdaşka növbəti mövsümdən etibarən 8500 dollar əməkhaqqı alacaq.

Bu isə baş məşqçidə narahatlıq yaradır. Çünki o, aylıq büdcəsi 140 min manatı keçməyən komanda formalaşdırmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti