“Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun komandası Serbiya "Partizan"ı ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 20:00-da start götürən matç Serbiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ormoj stadionunda baş tutan görüşdə yeganə qolu 47-ci dəqiqədə Erik Kojzek vurub.
"Ağ-qaralar” iyulun 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə üz-üzə gələcək.
Xatırladaq ki, paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub.

