“Qarabağ”ın bu yay transferlərindən biri də Cebrail Makreçkisi oldu.
Ağdam təmsilçisi latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzaladı.
Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib.
O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib. Cebrail “Qarabağ”a gələnə qədər 3 il “Ferentsvaroş”un formasını geyinib.
Sportinfo.az onun əvvəlki klubunda göstərdiyi performans videosunu təqdim edir:

