«Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında antisanitariya halı mövcuddur.
Bununla bağlı redaksiyamıza görüntülər təqdim olunub.
Saytımızla əlaqə saxlayan valideynlər mövcud durumdan narahatlığını dilə gətiriblər. Onların sözlərinə görə, son həftələrdə Bakıya yağan güclü yağışlar nəticəsində bazanı su basıb.
Tikintisi yarımçıq qalan akademiya binasının zirzəmisi tamamilə suyla dolub. Üstəlik, ərazidə təmizlik işləri aparılmır. Kimin nə zibili olursa, gəlib bura atır:
«İndi yaydır, hava çox istidir. Bir azdan hava lap isti olacaq.
Biz uşaqlarımıza, onların sağlamlığına görə narahatıq. Binanın yanından keçmək olmur.
Üfunət iyi gəlir. Binanın altı qurbağalarla doludur. Bir müddətdən sonra burada ağcaqanad əlindən tərpənmək mümkün olmayacaq.
Çirkli suyu təmizləmirlər. Klub rəhbərliyi nə qədər xərc çəkib, baza tikib. Hansısa səbəbdən binanın təhvil verilməsi yubanırosa, bu o demək deyil ki, ona nəzarət edilməməlidir.
Bazada xeyli adam iişləyir, klubdan maaş alır. Görmürlər o binanın altı və ətrafı nə vəziyyətdədir?
Niyə bir nəfər məsələ qaldırmır, əncam çəkmir ora? Həmin yer min cür xəstəlik mənbəyidir.
Biz bilmirik uşaqlarımızın futbolunu fikirləşək, yoxsa səhhətini. Saytınız vastəsilə klub rəhbərliyindən xahiş edirik ki, bazaya diqqəti və nəzarəti artırsınlar».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

