"Səbail" Mehdi Cənnətov, Eltun Turabov və Vüsal Məsimovun ardınca daha bir Premyer Liqa təcrübəsi olan oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Söhbət milli komandamızın sabiq müdafiəçisi Bəxtiyar Həsənalızadədən gedir.
33 yaşlı stoperə hətta yeni yığılan kollektivdə ən yüksək maaş təklifi olunub.
Amma təcrübəli oyunçu Bayıl təmsilçisinə "yox" deyib.
Bu da səbəbsiz deyil.
Çünki onun xidmətində 3 Premyer Liqa klubu maraqlıdır.
Söhbət "Kəpəz", "Sumqayıt" və "İmişli"dən gedir.
Həsənalızadə yekun qərarını yaxın günlərdə verəcək.
Aran təmsilçisinin mübarizədə daha şanslı tərəf olduğunu indidən deyə bilərik.
Bəxtiyar son mövsümü "Araz Naxçıvan"da keçirib. Meydana çıxdığı 25 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Sumqayıt"ın yetirməsi karyerası ərzində "Araz-Naxçıvan"dan başqa "Sabah", "Zirə" və "Tuzlaspor" (Türkiyə) forması geyinib.
SPORTİNFO.AZ

