I Liqadan tanıdıqları baş məşqçini 1 illik geri qaytardılar - RƏSMİ

2 İyul 21:20 Premyerliqa 456
I Liqadan tanıdıqları baş məşqçini 1 illik geri qaytardılar - RƏSMİ

"İmişli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Fərid Namazov çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA Pro kateqoriyalı məşqçi karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla çalışıb.

Fərid Namazov "İmişli" ailəsinə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

"İmişli" Jorj Kaşkilya ilə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!