Dünya çempionatına gedə bilərdi, “Qarabağ”a gəldi

21:20 Qarabağ 346
Dünya çempionatına gedə bilərdi, “Qarabağ”a gəldi

“Qarabağ”ın yeni transferi Cebrail Makreçkisin maraq və qəribə pasport-milliyət tarixçəsi var.

Futbolçu 2000-ci ildə Almaniyanın Aahen şəhərində dünyaya göz açıb.

Lakin valideynlərindən heç biri alman deyil. Atası türkdür, anası latviyalı. Sadəcə tanışlıqları Almaniyaya təsadüf edib.

Hər nə qədər maraqlı olsa da, Cebrail Latviya vətəndaşlığını daşıyır və bütün mənbələrdə bu ölkənin nümayəndəsi kimi göstərilir. Vaxtilə Latviyanın U-19 millisinə cəlb də olunub.

Hətta dərinə gedəndə, valideynlərindən biri Mərakeş qanı daışıyır. Məhz bu səbəbdən sağ cinah müdafiəçisi Latviyanın əsas millisindən gələn ardıcıl təkliflərə “yox” deyib. Çünki Almaniya, Mərakeş və Türkiyə kimi yığmalardan dəvət alacağına ümid edib, bu gün də edir.

Bir neçə ay əvvəl isə maraqlı təkliflə üz-üzə qalıb.

Misir Futbol Assosiasiyası Makreçkisi milliləşdirmək üçün sinəsini irəli verib. Misirlilərin niyyəti həmin vaxt “Ferentsvaroş”da top qovan futbolçunu hazırda davam edən dünya çempionatına aparmaq olub.

FİFA ilə aparılan danışıqlar müsbət nəticə verməyib. Dünyanın ali futbol arxiv sənədləri ilə bağlı araşdırma aparandan sonra qurumu qaydaları əsas gətirərək, Cebrailin Misir millisinə qoşulmaq hüququnun olmadığını bildirib.

Və beləcə, sağ cinah müdafiəçisi mundialdan kənarda qalaraq “Qarabağ”la müqavilə bağlamaq üçün Bakıya gəlib.

2010-2019-cu illər aralığında Leverkuzen “Bayer”inin akademiyasında futbolun sirlərinə yiyələnən Cebrail Makreçkis karyerası ərzində “Bonner”, “Borussiya Dortmund-2”, “Viktoriya 1889 Berlin” (hamısı Almaniya) klublarının şərəfini qoruyub,

Bolqarıstanda “Pirin”də, Macarıstanda “Ferentsvaroş”da legioner həyatı yaşayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti