"Neftçi" - "Partizan": Meydanda dava düşdü, hakim oyunu dayandırmaq istədi - QALMAQALIN VİDEOsu

6 İyul 21:00 Sportinfo TV 1 917
"Neftçi" - "Partizan": Meydanda dava düşdü, hakim oyunu dayandırmaq istədi - QALMAQALIN VİDEOsu

"Neftçi" və "Partizan" arasında Sloveniyada keçirilən yoxlama görüşündə insident yaşanıb.

Hadisəyə səbəb 55-ci dəqiqədə rəqib futbolçunun Bassala Sambuya qarşı sərt oynaması olub.

"Ağ qaralar"ın forvardının rəqibinə reaksiya verməsi ilə ara qarışıb, əlbəyaxa olublar.

Matçda təxminən 10 dəqiqə fasilə yaranıb.

Tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.

Baş hakim hər iki oyunçunu meydandan qovub.

Referinin görüşü yarımçıq dayandırmaq istəyinin qarşısını Yuri Vernidub və həmkarı Saşa İliçin israrı alıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!