Azərbaycanlı FİFA referisi Tural Qurbanov UEFA-dan növbəti təyinat alıb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.
Ona yan xətdə Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.


