“Şəxsi problemlərim yaranıb” dedi, 15 gün əvvəl uzatdığı müqaviləni pozdu

6 İyul 17:00 Qəbələ 906
“Şəxsi problemlərim yaranıb” dedi, 15 gün əvvəl uzatdığı müqaviləni pozdu

"Qəbələ" Seydina Keyta ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmti məlumat yayıb.

Bildirilib ki, müdafiəçi ilə 21 iyun 2026-cı il tarixində bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.

Seydina Keyta bu ilin yanvarından "Qəbələ"də çıxış edirdi. Seneqallı "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti