Ağdam klubunun yeni transferi ilə bağlı müəmmanın səbəbi bilindi

19:40 Qarabağ 291
Ağdam klubunun yeni transferi ilə bağlı müəmmanın səbəbi bilindi

“Qarabağ”ın 8-ci transferi Macarıstanın “Ferentsvaroş” klubunun müdafiəçisi Cebrail Makreçkis oldu.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Göründüyü kimi, 26 yaşlı legionerin kifayət qədər yaxşı karyerası var.

Amma qəribə olanı odur ki, bunun fonunda Cebrail Latviya millisində 1 oyuna belə çıxmayıb.

Yalnız U-19 yığmasında çıxış edib.

Latviyanın Avropanın zəiflərindən olduğunu nəzərə alsaq, bu cür bacarıqlı futbolçunun ölkəsinin millisindən kənarda qalması təəccübləndirməyə bilməz.

Görəsən, bunun arxasında nə dayanır? Niyə belə bir legioner Latviya millisində çıxış etmir?

Həmin nəsəni araşdıranda maraqlı faktlar öyrənmiş olduq.

Makreçkis Latviya pasportuna sahib olsa da, özünü daha çox Türkiyə və Mərakeşə bağlı hesab edir.

Bu da səbəbsiz deyil.

Çünki anası latviyalı olsa da, atası Türk, Mərakeş əsillidir.

Onun da əsas məqsədi Türkiyə və Mərakeş millilərində çıxış etməkdir.

Bu səbəbdən Latviya Futbol Federasiyasından gələn təklifi geri çevirib.

Anasının vətənindən gələn israra rəğmən cinah müdafiəçisi bir gün Türkiyə və ya Mərakeşdə forma geyinəcəyinə inanır.

"Qarabağ"dan ölkəsinin millisinə ilk dəfə dəvət alan əcnəbilər az olmayıb.

Kim bilir, bəlkə Cebrail Makreçkis də eyni taleyi yaşadı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti