Britaniyalılardan “Sabah”ın işini asanlaşdıran addım

18:00 Sabah 119
Britaniyalılardan “Sabah”ın işini asanlaşdıran addım

Çempionlar Liqasında debütə hazırlaşan “Sabah” ilk oyuna çıxacaq.

Azərbaycan çempionunun bir nömrəli klub turnirindəki rəqibi Uels təmsilçisi TNS-dir.

Rəqib komanda dünəndən Bakıya gəlib, bu gün matçın keçiriləcəyi “Bank Respublika Arena”da oyunöncəsi son məşqə çıxacaq.

Düşünmək olardı ki, britaniyalıları Bakıda müəyyən sayda azarkeş dəstəkləyəcək. Amma yox.

Qonaqlar öz fanatları üçün qonaq sektor sifariş etməyib. Bu, o deməkdir ki, matç vaxtı tribunalarda səs-küylü TNS azarkeşləri olmayacaq. Vəziyyətin belə olması hər bir halda “Sabah”in işini asanlaşdırır.

Ən yaxşı halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyində çalışanlar və əslən Uelsdən olub, Bakıda çalışanlar ola bilər ki, onlar da çox güman qarşılaşmanı tamaşaçı qismində izləyəcəklər.

Maraqlıdır ki, Uelsdən ölkəmizə jurnalistlər də gəlməyəcək. Bu saata qədər heç xarici media mənsubları akkraditasiyadan keçməyib.

İyulun 7-də “Banks Respublika Arena”da keçiriləcək “Sabah” – TNS dueli saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti