“Qarabağ” Çempionlar Liqasında fırtına qoparan hücumçusunu satdı! - SON DƏQİQƏ

20:20 Qarabağ 516
“Qarabağ” Çempionlar Liqasında fırtına qoparan hücumçusunu satdı! - SON DƏQİQƏ

«Qarabağ»ı bu yay tərk edən futbolçuların sayı 9-a çatıb.

Saytımız az öncə çox önəmli xəbər alıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, Ağdam klubu Kamilo Duranla vidalaşıb. Kolumbiyalı hücumçu bundan sonra karyerasını Şotlandiyada davam etdirəcək. Ağdam təmsilçisi onu «Seltik»ə satıb - tərəflər arasında bütün şərtlər razılaşdırılıb.
“Qarabağ” Kamilo Duranı ötən ilin yayında Portuqaliyadan -“Portimonense”dən 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi.
24 yaşlı forvar ötən mövsüm Çempionlar Liqasında 10 oyunda 5 qol vurub.
Duran bu yay “Seltik”in Aleks Oksleyd-Çemberlendən sonra ikinci transferi olub.
«Qarabağ» kolumbiyalıdan öncə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade ilə vidalaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti