"Kəpəz"də daha bir legionerin gedişinə qərar verilib.
Söhbət mərkəz yarımmüdafiəçisi Məhəmməd Badan gedir.
26 yaşlı legioner yeni məşqçilər korpusuna lazım olmayıb.
İndi qalır Malidən olan əcnəbini getməyə razı salmaq.
Çünki afrikalının klublar 2027-ci ilin yayına qədər müqaviləsi var.
Orta sahə oyunçusu quru sağolla ayrılmaq istəmir.
Təzminat alıb, sonra getməyi düşünür.
Tərəflər arasında danışıqlar davam edir.
Ba 2024-cü ildən "Kəpəz"də çıxış edir.
Arxada qalan müddətdə meydana çıxdığı 53 qarşılaşmada 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

