"Volendam"ın sabiq yarımmüdafiəçisi karyerasını Azərbaycanda davam etdirəcək

20:40 Premyerliqa 235
"Volendam"ın sabiq yarımmüdafiəçisi karyerasını Azərbaycanda davam etdirəcək

"Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.

Birinci Liqanın son çempionu Dylan Mertenslə anlaşıb.

30 yaşlı futbolçu azad agent kimi "Şəfa"ya qoşulacaq.

Yarımmüdafiəçinin son klubu "Telstar" olub.

Niderlandlı ölkəsində "TOP Oss", "Volendam", "Den Boş", "Utrext" klublarında forma geyinib.

Bundan başqa Bolqarıstan (Botev, Tsarsko) və Rusiyada (Fakel) legioner həyatı yaşayıb.

Karyerası boyunca meydana çıxdığı 268 qarşılaşmada 31 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti